“Neftçi”nin futbolçusu: “Ümid edirik ki, vəziyyəti düzəldəcəyik”

“Neftçi”nin futbolçusu: “Ümid edirik ki, vəziyyəti düzəldəcəyik”

Hazırda oxunan: “Neftçi”nin futbolçusu: “Ümid edirik ki, vəziyyəti düzəldəcəyik”

144593

“Neftçi”nin müdafiəçisi Azər Əliyev Rusiya mətbuatına geniş müsahibə verib. 

Bizim.Media xəbər verir ki, o, Azərbaycan Premyer Liqasından, “Qarabağ” – “Neftçi” oyunlarından danışıb 

– Azərbaycana necə öyrəşirsiz?  

– Artıq çempionata adaptasiya olmuşam. Hərçənd ilk vaxtlar bir az fərqli idi. Ən çox xoşuma gələn havadır. Azərbaycanda hava həmişə yaxşı olur, günəş var, keyfiyyətli qazona malik meydanlar. Bizdə, Rusiyada bilirsiniz ki, oktyabrdan soyuqlar düşür.  

– Azərbaycan klublarının bütün stadionları təbii örtüklüdür?  

– Ancaq 3 komandada süni örtükdür. Bizdə, “Neftçi”də isə bazada da təbii ot örtüyüdür. Ümumiyyətlə, infrastruktur baxımından çox yaxşı imkanlar var.  

– Azərbaycan çempionatında 10 komanda dörd dövrədə oynayır. Bununla intensivlik təmin olunur?  

– Bunun səbəbi odur ki, komandaların sayı o qədər də çox deyil. Yeri gəlmişkən, ötən mövsüm 8 klub idi. Müzakirələr gedir ki, gələcəkdə komandaların sayı 12-yə çatdırıla bilər. Amma hələ ki, ondur. Bu formada intensivlik və komandaların səviyyəsi həqiqətən yaxşıdır.  
 
– Təyyarə ilə heç yerə səfər etməli olmursuz?

– Bu da daha bir böyük plusdur. Əksər səfərlərə avtobusla çıxırıq. Ən uzaq səfərlər Tovuz və Gəncədir, avtobusla təxminən 5-6 saat yol gedirik. Təyyarə ilə gediləsi yeganə yer Naxçıvandır. Ora avtobusla yollanmaq mümkün deyil, yalnız təyyarə ilə. O da hardasa, 40 dəqiqəyə.  

– “Neftçi” əvvəlki kimi ölkənin ən populyar klubudur?  

– İndi ən çox iki komandanın adı çəkilir – “Neftçi” və “Qarabağ”.  

– “Qarabağ” – “Neftçi” mübarizəsi Rusiyadakı “Zenit” – “Spartak” oyunu kimidir? 

– Aşağı-yuxarı təxminən elədir. Bizim oyunlarda həmişə ajiotaj olur.  

– Hazırda hegemon “Qarabağ”dır?  

– Nə qədər kədərli olsa da, son illərin nəticələrinə baxanda belə çıxır ki, elədir. Lakin çox ümid edirik ki, vəziyyəti düzəldəcəyik. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO