Daha bir yarış Rusiyadan ALINDI 

Daha bir yarış Rusiyadan ALINDI 

Hazırda oxunan: Daha bir yarış Rusiyadan ALINDI 

144540

Qadınlar arasında 2026-cı ildə keçiriləcək həndbol üzrə dünya çempionatının yeri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Həndbol Federasiyasının rəsmi saytı məlumat verib.  

Dünya çempionatı Rusiyada baş tutmalıydı. Bununla bağlı beynəlxalq federasiya 2021-ci ilin noyabr ayında qərar vermişdi.

Oyunlar Moskva və Sankt-Peterburqda keçirilməliydi. Lakin hazırda dünyada yaranan vəziyyət çempionatın Rusiyada təşkilinə imkan vermir. Rusiyalı həndbolçular beynəlxalq yarışlardan təcrid ediliblər.  

Bu səbəbdən də qurum hüququn Rusiyadan alınmasına qərar verib. Qeyd edək ki, çempionatın harada keçiriləcəyi ilə bağlı hələlik məlumat verilmir. Bu ilin sonuna qədər dünya çempionatını qəbul edəcək ölkənin adı açıqlanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO