Avarçəkənimiz nüfuzlu “Henli Kral Reqatası”nın QALİBİ OLDU – VİDEO  

Avarçəkənimiz nüfuzlu “Henli Kral Reqatası”nın QALİBİ OLDU – VİDEO  

Hazırda oxunan: Avarçəkənimiz nüfuzlu “Henli Kral Reqatası”nın QALİBİ OLDU – VİDEO  

144318

Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko Böyük Britaniyada təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub.

Bizim.Media xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticə göstərib.  

Təsnifat mərhələlərini uğurla keçən Diana final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub.
Yürüş məsafəsini 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkənimiz yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.   

Qeyd edək ki, 1839-cu ildən etibarən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. 5 gün davam edən yarışda akademik avarçəkənlər hazırkı yarış standartlarında olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO