“Qarabağ” “Reyncers”dən ayrılan hücumçu ilə danışıq aparır

“Qarabağ” “Reyncers”dən ayrılan hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” “Reyncers”dən ayrılan hücumçu ilə danışıq aparır

143697

"Qarabağ" hücum xəttini məşhur futbolçu ilə gücləndirə bilər.  

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Şotlandiyanın "Reyncers" klubundan ayrılan Alfredo Morelosla maraqlanır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.  

Ağdam təmsilçisinin kolumbiyalı hücumçuya təklif göndərdiyi iddia olunur. 

Qeyd edək ki, "Reyncers" Alfredo Morelosu 2017-ci ilin yayında "Helsinki"dən transfer etmişdi. 27 yaşlı forvard son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  
Hazırda azad agent statusunda olan Morelosin "transfermarkt" saytında dəyəri 6 milyon avro olaraq göstərilib. Forvard Kolumbiya millisinin üzvüdür. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO