İki qılıncoynadanımız PLAY-OFFDA - FOTO

İki qılıncoynadanımız PLAY-OFFDA - FOTO

Hazırda oxunan: İki qılıncoynadanımız PLAY-OFFDA - FOTO

143549

Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.  

Bizim.Media xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Barat Quliyev isə mübarizəni erkən dayandırıb. 

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü 64-lüyə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. 

Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün tablo 128-də  eston Ruslan Eskovla qarşılaşacaq. 










Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO