21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, "Sabah"ın futbolçusu Aleksey Kaşukun formasını geyindiyi Ukrayna millisi Xorvatiya seçməsi ilə qarşılaşıb.
Matç ukraynalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub.
23 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.
"Sabah"ın üzvü komandasının ilk qolunu vurub, ikinci qolun isə ötürməsini verib.
Rəşad Rafiqoğlu, Bizim.Media