Çempionlar Liqası: Ronaldonun komandası mərhələ adlaya bilmədi

Çempionlar Liqası: Ronaldonun komandası mərhələ adlaya bilmədi

Hazırda oxunan: Çempionlar Liqası: Ronaldonun komandası mərhələ adlaya bilmədi

14262

Martın 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borusiya” ilə “Sevilya” klubları qarşılaşıb.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində hər iki qolu Erlinq Haaland ( 35 və 44-cü dəqiqələr) vurub. “Sevilya”dan isə En-Nesyri (69, 90) fərqlənib.

Beləliklə, ilk görüşdə 3:2 hesabı ilə qalib gələn “Borussiya” iki oyunun nəticəsinə əsasən dörddəbir finala vəsiqə qazanıb.

Günün digər matçında “Yuventus” öz meydanında “Portu” ilə qarşılaşıb. Matçın əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Birinci oyunda da eyni nəticə qeydə alındığından matçda əlavə vaxt oynanılıb.

Bu dəfə tərəflər hərəyə bir dəfə fərqləniblər – 3:2. Bu nəticə “Portu”nun mərhələ keçməsinə imkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO