“Napoli”də yeni baş məşqçi

“Napoli”də yeni baş məşqçi

Hazırda oxunan: “Napoli”də yeni baş məşqçi

141674

İtaliya çempionu “Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, mövsüm bitən kimi Luçano Spalletti ilə yollarını ayırmaq məcburiyyətində qalan Neapol klubu Rudi Qarsiyaya tapşırılıb.  

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma Fransadan olan 59 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.  

Qarsiya son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına rəhbərlik edib. O, daha öncə “Roma”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Lill”, “Le Man”, “Dijon” və “Sent Etyen”in də baş məşqçisi olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO