Basketbol millilərimiz Avropa Kubokunun seçmə oyunlarında iştirak edəcək

Basketbol millilərimiz Avropa Kubokunun seçmə oyunlarında iştirak edəcək

Hazırda oxunan: Basketbol millilərimiz Avropa Kubokunun seçmə oyunlarında iştirak edəcək

141643

İyunun 17-si və 18-də Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə həm kişi, həm də qadın milliləri arasında Avropa Kubokunun seçmə mərhələ oyunları baş tutacaq.  

Bizim.Media xəbər verir ki, bosniyalı məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət kişi yığma komandamız A qrupunda, Kipr, Lüksemburq və Malta millilərinə qarşı mübarizə aparacaq.

Serbiyalı məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanovadan ibarət qadın yığma komandamız A qrupunda, İrlandiya və Malta milliləri ilə qarşılaşacaq.  

Qadın və kişi millilərimizin qrupda ilk oyunları, 17 iyun Malta seçməsinin qadın və kişi komandalarına qarşı Bakı vaxtı ilə müvafiq olaraq saat 9:30 və 9:55 -də baş tutacaq.  

Onu da qeyd edək ki, Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabr İsrailin Yerusəlim şəhərində keçiriləcəkdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO