Türkiyə millisinin üzvü La Liqa klubunun ən yaxşı oyunçusu seçildi

Türkiyə millisinin üzvü La Liqa klubunun ən yaxşı oyunçusu seçildi

Hazırda oxunan: Türkiyə millisinin üzvü La Liqa klubunun ən yaxşı oyunçusu seçildi

141518

Türkiyə millisinin üzvü Enes Ünal formasını geyindiyi "Xetafe"də 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 

E.Ünal ötən mövsüm La Liqada 14 qol vurub, 3 qolun ötürməsini verib. O, komandanın ən yaxşı bombardiri olub. 
Qeyd edək ki, E.Ünal 2021/2022 mövsümündə də "Xetafe"nin ən yaxşı oyunçusu seçilmişdi. 

Xatırladaq ki, E.Ünal sağ dizindəki zədə səbəbindən mayda əməliyyat olunub. Onun 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO