Estoniya millisi yığmamızla oyuna 8 itki ilə çıxacaq

Estoniya millisi yığmamızla oyuna 8 itki ilə çıxacaq

Hazırda oxunan: Estoniya millisi yığmamızla oyuna 8 itki ilə çıxacaq

141335

Avro-2024-üç seçmə mərhələsində növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcək Estoniya millisi oyuna ciddi itkilərlə çıxacaq. 

Bizim.Media Estoniya Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın 8 üzvü millimizlə oyunu buraxacaq. 

Yoonas Tam şəxsi səbəblərə görə millidən kənarda qalıb. Sabiq "Qəbələ"li Sergey Zenyov, eləcə də Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq, Markus Soomets isə zədəli olduğu üçün iyun ayında keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək. 
Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması iyunun 20-də evdə Belçikanı qəbul edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO