Azərbaycanlı futbolçu Bolqarıstan klubuna keçdi

Azərbaycanlı futbolçu Bolqarıstan klubuna keçdi

Hazırda oxunan: Azərbaycanlı futbolçu Bolqarıstan klubuna keçdi

141110

Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubuna transfer olunub.  

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 

20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Hüseynov “Zirə”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

Geridə qalan mövsümdə isə Cəlal icarə əsasında “Şamaxı”nın uğurları üçün çalışıb.  

Müdafiəçi Azərbaycan milli komandasında 5 oyuna çıxıb. “Arda” Bolqarıstan çempionatında geridə qalan mövsümünü 16 komanda arasında 8-ci pillədə başa vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO