Ruslan Abışov “Zirə”dən AYRILDI  

Ruslan Abışov “Zirə”dən AYRILDI  

Hazırda oxunan: Ruslan Abışov “Zirə”dən AYRILDI  

141042

Premyer Liqada mövsümü 5-ci pillədə başa vuran "Zirə"də ilk ayrılıq gerçəkləşib.  

Bizim.Media xəbər verir ki, Ruslan Abışov qəsəbə təmsilçisini tərk edib.  

35 yaşlı mərkəz müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Təcrübəli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb. 
Qeyd edək ki, Ruslan Abışov 2021-ci ilin yayından "Zirə"də çıxış edirdi. Azərbaycan milli komandasının sabiq üzvü son mövsümdə "qartallar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO