UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəliblər.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdən əvvəl möhtəşəm açılış mərasimi təşkil olunub.
Açılış mərasimindən sonra final matçına start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Mançester Siti" 1:0 hesablı qələbə qazanıb və İngiltərə klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.
Bizim.Media