Bakıda atletika üzrə beynəlxalq turnir başlayıb - FOTO

Bakıda atletika üzrə beynəlxalq turnir başlayıb - FOTO

Hazırda oxunan: Bakıda atletika üzrə beynəlxalq turnir başlayıb - FOTO

140688

Bakıda atletika üzrə beynəlxalq turnir keçirilir.                                  

Bizim.Media xəbər berir ki, dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun 26-cı memorialında 5 ölkənin təmsilçiləri iştirak edir.                                                                      

Açılış mərasimində çıxış edənlər Əfqan Səfərovun ölkəmizdə  atletikanın inkişafında xidmətlərindən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar.

Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparır və ümumilikdə 120 idmançı medallar uğrunda yarışır.

Qeyd edək ki, memorial Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq.

Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.  

İlk yarış gününün qalibləri.  

100 metr

Kişilər 

Mindia Endeladze (Gürcüstan) 

100 metr

Qadınlar 

İlahə Quliyeva 

400 metr

Kişilər 

Oğuz Akgül (Türkiyə) 

400 metr

Qadınlar 

Lamiyə Vəliyeva 

1500 metr

Kişilər 

Əmrah Nağıyev 

Üç təkanla tullanma

Kişilər 

Mesut Bülbül (Türkiyə) 

Üç təkanla tullanma

Qadınlar 

Gizem Akgöz (Türkiyə) 

Nüvə itələmə

Kişilər 

Nuh Polat (Türkiyə)    







                                                                            
Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO