"Real"dan "Milan"da oynayan futbolçusu ilə 4 illik müqavilə

Hazırda oxunan: "Real"dan "Milan"da oynayan futbolçusu ilə 4 illik müqavilə

140508

"Real" 3 mövsümdür "Milan"da icarə əsasında çıxış edən futbolçusu Braim Diasla müqaviləni uzadıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano öz Tvitter səhifəsində məlumat yayıb.  

23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. 

İspaniyalı futbolçu 2022-2023 mövsümündə "Milan"ın heyətində 44 oyuna çıxıb, 7 qol vurub və 7 qol ötürməsi edib. 

İtaliya mətbuatı yazıb ki,  "Real"ın baş məşqçisi Karlo Ançelotti yeni mövsümdə Diası komandasında görmək istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO