“Zirə”dən ayrılan qapıçı “Sumqayıt”a keçdi

Hazırda oxunan: “Zirə”dən ayrılan qapıçı “Sumqayıt”a keçdi

139876

2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.  

Bizim.Media xəbər verir ki, "kimyaçılar" son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib.  

Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO