İngiltərə kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Londondakı “Uembli” stadionunda baş tutan final oyununda “Mançester Siti” ilə “Mançester Yunayted” komandaları üz-üzə gəliblər.
Üç qolun qeydə alındığı matçda İlkay Gündoğanın dublu (1 və 51-ci dəqiqələr) “Mançester Siti”yə kubok qazandırıb – 2:1. “Qırmızı şeytanlar”ın heyətində isə Bruno Fernandesin penaltidən vurduğu qol təsəllidən başqa heç nəyə yaramayıb.
Bununla da “Mançester Siti” tarixində 7-ci dəfə İngiltərə kubokunun qalibi olub. Rekord isə “Arsenal”a məxsusdur – 14. Xatırladaq ki, “şəhərlilər” bu mövsüm İngiltərə Premyer Liqasında qalib olmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
06:25 / 04.06.2023
“Mançester Siti” İngiltərə kubokunun sahibi oldu
Hazırda oxunan: “Mançester Siti” İngiltərə kubokunun sahibi oldu
Hazırda oxunan: “Mançester Siti” İngiltərə kubokunun sahibi oldu
139587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.