“Qəbələ” Azərbaycan Kubokunun qalibi oldu

“Qəbələ” Azərbaycan Kubokunun qalibi oldu

Hazırda oxunan: “Qəbələ” Azərbaycan Kubokunun qalibi oldu

139573

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, “Bakcell Arena”da həlledici oyunda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəliblər.  

Sayca 31-ci ölkə kubokunda paytaxt klubu 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə final həyəcanı yaşayıb. “Neftçi” tarixində 6-cı, “Qəbələ” 2-ci dəfə kuboka yiyələnmək şansına malik idi.

Sözügedən komandalar 9 ildən sonra yenidən ölkə kubokunun finalında üz-üzə gəliblər.

2013/14 mövsümündə də həlledici qarşılaşmada bu iki komanda üz-üzə gəlmiş və bakılılar oyunsonrası penaltilərlə qalib olmuşdular.  

“Bakcell Arena”da keçirilən bu oyunda əsas vaxt qolsuz bitib. Əlavə vaxtda isə penalti qazanan “Qəbələ” bu şansdan maksimum yararlanıb. Beləcə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” ölkə kubokunun qalibi olub. 
Azərbaycan Kuboku 

 Final 3 iyun 

“Neftçi” – “Qəbələ” 0:1 

Qol: İsnik Alimi, 102-pen.  

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov  

Bakı, “Bakcell Arena”. 20:00. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO