“Zirə”nin və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
Bizim.Media xəbər verir ki, Türkiyə klubunun ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak edib.
Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:24 / 31.05.2023
“Zirə” “Fənərbağça” ilə yoxlama oyunu keçirə bilər
Hazırda oxunan: “Zirə” “Fənərbağça” ilə yoxlama oyunu keçirə bilər
Hazırda oxunan: “Zirə” “Fənərbağça” ilə yoxlama oyunu keçirə bilər
138955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.