Millimiz Estoniya ilə oyunun hazırlıqlarına BAŞLADI  

Millimiz Estoniya ilə oyunun hazırlıqlarına BAŞLADI  

Hazırda oxunan: Millimiz Estoniya ilə oyunun hazırlıqlarına BAŞLADI  

138881

Futbol üzrə milli komandamız “Avro-2024”ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi görüşün hazırlığına başlayır.  

Bizim.Media xəbər verir ki, baş məşqçi Cani De Byazi yaxın günlərdə toplanışa cəlb edəcəyi oyunçuları açıqlayacaq.  

Qarşılaşmalara hazırlıq üçün futbolçulıarın son gəlmə vaxtı iyunun 13-dür. Ancaq baş məşqçi iyunun 6-dan futbolçuları bir araya gətirəcək. Azərbaycan kubokunun finalçıları “Neftçi” və “Qəbələ”dən yığmaya çağırılanlar isə finaldan iki gün sonra toplanışa qatılacaq. Legionerlərdən Bakıya ən tez Renat Dadaşov gələcək. Çünki İsveçrə çempionatında mövsüm artıq yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan-Estoniya qarşılaşması iyunun 17-də 8-ci kilometr stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO