Futbol üzrə İspaniya Kubokunda ikinci finalçı da müəyyənləşib.
Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada "Barselona"ya "Atletik" komandası rəqib olub.
Bilbao təmsilçisi yarımfinalda "Levante"ni üstələyib. İki komanda arasındakı hər iki görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab oyununun əlavə vaxtında usə "Atletik" daha bir qol vuraraq, qələbəyə nail olub - 2:1.
İspaniya Kuboku
Yarımfinal, cavab oyunu
"Levante" - "Atletik" - 1:2 (əlavə vaxt - 0:1)
Qollar: Marti Roxer, 17 - Raul Qarsiya, 30 (pen.). Alexandro Berenger, 112
İlk oyun - 1:1
Qeyd edək ki, digər finalçşı "Barselona" yarımfinalda "Sevilya"nı iki oyunun nəticəsində məğlubiyyətə uğradıb - 0:2, 3:0.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:07 / 05.03.2021
"Barselona"nın finaldakı rəqibi bəlli oldu - İspaniya Kuboku
Hazırda oxunan: "Barselona"nın finaldakı rəqibi bəlli oldu - İspaniya Kuboku
Hazırda oxunan: "Barselona"nın finaldakı rəqibi bəlli oldu - İspaniya Kuboku
13807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.