Rusiyanın olimpiya çempionları Bakıdakı dünya çempionatına buraxılmadı 

Rusiyanın olimpiya çempionları Bakıdakı dünya çempionatına buraxılmadı 

Hazırda oxunan: Rusiyanın olimpiya çempionları Bakıdakı dünya çempionatına buraxılmadı 

137603

Azərbaycanda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi Rusiya millisi problemlə üzləşib.

Bizim.Media “İnsidethegames”ə istinadən xəbər verir ki, şimal qonşularımızın iki taekvondoçusu mundialda iştirak hüququndan məhrum edilib. 

Bunlar olimpiya çempionları Maksim Xramtsov və Vladislav Larindir.

Beynəlxalq Taekvondo Federasiyası adıçəkilən idmançıların dünya çempionatında iştirakla bağlı müraciətini rədd edib. Səbəb kimi onların Ukrayna ilə hərbi münaqişədə açıq şəkildə Rusiya Prezidenti Vladimir Putini dəstəkləmələri göstərilib. 
Qurum Rusiyanın 14, Belarusun isə 9 taekvondoçusunun Qaçqınlar komandasının heyətində yarışda iştirakına icazə verib. Onlar iştirak şərtlərinə tam riayət etmək öhdəliyi barədə bəyannamə imzalamaq şərti ilə yarışa buraxılıblar. 

Dünya çempionatı 29 may – 6 iyun tarixlərində baş tutacaq. 

Qeyd edək ki, həm Maksim Xramtsov, həm də Vladislav Larin Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO