Gəncədə futbol akademiyası İSTİFADƏYƏ VERİLƏCƏK 

Gəncədə futbol akademiyası İSTİFADƏYƏ VERİLƏCƏK 

Hazırda oxunan: Gəncədə futbol akademiyası İSTİFADƏYƏ VERİLƏCƏK 

137557

Gəncə Futbol Akademiyasında tikinti işləri yekunlaşmaq üzrədir.  

Bizim.Media xəbər verir ki, AFFA-nın dəstəyi ilə inşa olunan futbol ocağında son tamamlama işləri gedir.  

Ötən il tikintisi başlayan akademiyanın son durumu ilə bağlı “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib:  

“Hazırda akademiyada işlərin son mərhələsidir. Növbəti ay akademiya tam olaraq istifadəyə veriləcək. Hazırda binanın daxilində inventarlaşma prosesi aparılır”.  

Qeyd edək ki, bir il ərzində tikintisi yekunlaşan akademiyanın inzibati binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydan da salınıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO