"Neftçi" icarəyə verdiyi futbolçulardan birini geri qaytarmaq istəyir.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" "Turan Tovuz"da çıxış edən Xəyal Nəcəfovun geri qaytarılmasında maraqlıdır.
Belə ki, yarımmüdafiəçinin Qərb klubundakı oyunu "Neftçi" rəhbərliyinin diqqətini çəkib. Buna görə də, paytaxt təmsilçisinin rəhbərliyi Nəcəfovu yay hazırlığına cəlb edəcək. 25 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, "Sumqayıt"ın yetirməsi olan futbolçu 2021-ci ildə "Neftçi"yə keçib.
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov özü də, Xəyalın yeni mövsümə komandada başlamasını istəyir. Millinin üzvünün yeni mövsümə hansı komandada başlayacağı yayda dəqiqləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:06 / 22.05.2023
“Neftçi” “Turan Tovuz”dakı futbolçusunu GERİ QAYTARIR
Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”dakı futbolçusunu GERİ QAYTARIR
Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”dakı futbolçusunu GERİ QAYTARIR
137332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.