Çin yığması Astarada çempion oldu

Çin yığması Astarada çempion oldu

Hazırda oxunan: Çin yığması Astarada çempion oldu

137186

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, bu gün əvvəlcə 1/4 final oyunları baş tutub.

İlk 1/4 final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib.

Klub təmsilçimiz “Neftçi” isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə Çinin “Yuanda” klubuna 21:13 hesabı ilə qalib gəlib.
Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması Avstriyanı 21:14 hesabıyla üstələyib. 

Finalda Misirə 21:15 hesabıyla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO