Ukraynalı gimnast Bakıda qızıl medal qazandı

Ukraynalı gimnast Bakıda qızıl medal qazandı

Hazırda oxunan: Ukraynalı gimnast Bakıda qızıl medal qazandı

137130

Ukraynalı bədii gimnast Viktoriya Onoprienko Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, gimnast çempionatda halqa ilə final yarışında bütün rəqiblərini qabaqlamağı bacarıb. Onun çıxışı hakimlər tərəfindən 33,250 xalla qiymətləndirilib.

İlk üçlükdə israilli Adi Asya Katz (32,600 xal) və Bolqarıstan təmsilçisi Boryana Kaleyn (32,250 xal) yer alıblar.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 31,100 xalla halqa ilə yarışı altıncı pillədə başa vurub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO