Deku “Barselona”nın idman direktoru olacaq

Deku “Barselona”nın idman direktoru olacaq

Hazırda oxunan: Deku “Barselona”nın idman direktoru olacaq

137128

“Barselona”nın vitse-prezidenti Rafa Yuste katalonların sabiq yarımmüdafiəçisi Dekunun klubun yeni idman direktoru olacağını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə idman insayderi Fabritsio Romano tviterdə yazıb.

Bildirilib ki, Deku Mateu Alemani ilə birgə çalışacaq. Portuqaliyalı klubu tərk edən Yordi Kroyfun vəzifəsinə keçəcək.

Xatırladaq ki, 45 yaşlı sabiq hücumameyilli yarımmüdafiəçi Deku (Anderson Luis de Souza) 2004-cü ildən 2008-ci ilədək “Barselona”nın formasını geyinib. Futbolçu karyerasını 2013-cü ildə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO