“Qəbələ” yay hazırlığını Türkiyədə keçirəcək

“Qəbələ” yay hazırlığını Türkiyədə keçirəcək

Hazırda oxunan: “Qəbələ” yay hazırlığını Türkiyədə keçirəcək

137086

“Qəbələ” klubunun mövsümlərarası hazırlığı harada keçirəcəyi müəyyənləşib.  

Bizim.Media-ya klubdan verilən məlumata görə, qərb təmsilçisi hazırlığın ilkin mərhələsini doğma rayonda keçirəcək.  

İkinci mərhələdə isə Elmar Baxşiyevin yetirmələri Türkiyənin Bolu şəhərinə yollanacaq.  

Qeyd edək ki, yay hazırlığının dəqiq tarixi hələ müəyyənləşməyib. Bu klubun Avrokuboklarda oynayıb-oynamayacağından asılı olacaq. Əgər komanda Avrokuboklara vəsiqə qazanarsa hazırlıq daha tez başlayacaq.  
Xatırladaq ki, "Qəbələ" həm çempionatda 4-cü yerdə getdiyindən, həm də Kubokun finalçısı olduğundan, Konfrans Liqasına vəsiqə qazanmaq şansı yüksəkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO