Almaniyalı milyarder Ronaldonu “Bavariya”ya gətirmək istəyir

Almaniyalı milyarder Ronaldonu “Bavariya”ya gətirmək istəyir

Hazırda oxunan: Almaniyalı milyarder Ronaldonu “Bavariya”ya gətirmək istəyir

136943

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda xoşbəxt olmayan və komandadan ayrılmağı düşünən Kristiano Ronaldo yenidən Avropaya qayıtmaq istəyir.  

Bizim.Media xəbər verir ki, Münhen "Bavariya"sı portuqaliyalı ulduzla bağlı maraqlı təklif alıb.

38 yaşlı hücumçuya yaxınlığı ilə bilinən məşhur jurnalist Piers Morgan bildirib ki, “Bavariya”nın icraçı direktoru Oliver Kan Ronaldo ilə bağlı maraqlı təklif alıb. 

İddialara görə, alman milyarder Markus Şon Oliver Kana göndərdiyini məktubda qeyd edib ki, “Bavariya” Ronaldonu transfer etsə, milyarder bütün xərcləri öz üzərinə götürəcək. “Bavariya”nın təklifə necə cavab verdiyi məlum deyil. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO