Həftənin rəmzi komandasında

Həftənin rəmzi komandasında "Real"ın futbolçusu yoxdur

Hazırda oxunan: Həftənin rəmzi komandasında "Real"ın futbolçusu yoxdur

136729

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. 

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə 3 komandadan futbolçular yer alıb. 

Siyahıya "Mançester Siti"yə 0:4 hesabı ilə uduzam "Real"ın futbolçularından heç kim düşməyib.

Qapıçı: Ederson ("Mançester Siti") 

Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan") 

Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter") 

Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter"). 

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO