"Neftçi" "Şamaxı" ilə heç-heçə etdi - VİDEO

Hazırda oxunan: "Neftçi" "Şamaxı" ilə heç-heçə etdi - VİDEO

135974

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün yeganə matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bölgə təmsilçisinin qapıçısı Rəşad Əzizli 12-ci dəqiqədə avtoqol müəllifi olub. 56-cı dəqiqədə "Şamaxı"nın hücumçusu Amil Yunanov penaltidən fərqlənməklə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Qonaqlar 24 xalla 10-cu sonuncu sırada qalıb.

Qeyd edək ki, tura mayın 17-də baş tutacaq "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq.

XXXIV turun əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1, çempion "Qarabağ" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO