“Qarabağ”ın Çempionlar Liqasındakı oyunları “Azərsun Arena”da

“Qarabağ”ın Çempionlar Liqasındakı oyunları “Azərsun Arena”da

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasındakı oyunları “Azərsun Arena”da

135960

“Qarabağ” 2023/24 mövsümü Avropa kuboklarında təsnifat mərhələlərinin ilk 2 ev oyununu “Azərsun Arena”da keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Klubdan məlumat verilib. Bu addım komandanın hər il avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bərhamov adına Respublika stadionunda təmir işləri aparılacağı ilə əlaqədar atılıb. 

Beləliklə, Ağdam təmsilçisi tarixində ilk dəfə rəqiblərini özünə məxsus olan “Azərsun Arena”da qəbul edəcək. 

Əlavə edək ki, "Azərsun Arena"nın 6 minə yaxın tamaşaçı tutumu var.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO