“Baku Open 2023” başa çatdı - FOTO 

“Baku Open 2023” başa çatdı - FOTO 

Hazırda oxunan: “Baku Open 2023” başa çatdı - FOTO 

135866

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə “Baku Open”  Beynəlxalq Şahmat Festivalına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.

Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib. 

B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. 8 xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. 

A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Open turnirin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca 7 xalla yarışın qalibi adını qazanıb. 7 xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüb.  
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO