“Turan Tovuz” səfərdə “Qəbələ”yə qalib gəldi - VİDEO 

“Turan Tovuz” səfərdə “Qəbələ”yə qalib gəldi - VİDEO 

Hazırda oxunan: “Turan Tovuz” səfərdə “Qəbələ”yə qalib gəldi - VİDEO 

135842

Misli Premyer Liqasında XXXIV turun oyunları keçirilir.  
 
Bizim.Media xəbər verir ki, bu gün daha bir görüş baş tutub.  

Əvvəlcə “Qəbələ” “Turan Tovuz”u sınağa çəkib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə bitib. Günün digər oyunu “Səbail”lə “Qarabağ” arasında baş tutacaq. Ağdam təmsilçisi bu oyunda qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcək.  
Xatırladaq ki, turun “Zirə” ilə “Kəpəz” arasında baş tutan ilk matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” – “Şamaxı” matçı sabah, “Sumqayıt” – “Sabah” oyunu isə mayın 17-də keçiriləcək. 

Misli Premyer Liqası 

XXXIV tur 

13 may 

“Qəbələ” – “Turan Tovuz” 1:2 

Qol: Rafael Utziq, 66 – Sadiq Quliyev, 54. Siyanda Xulu, 90+5. 

Qırmızı vərəqə: Ürfan Abbasov, 56. 

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə. 

Qəbələ şəhər stadionu, 18:00. 
 


 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO