“Beşiktaş” “Sabah”la oyun üçün xatirə biletləri satışa çıxardı

“Beşiktaş” “Sabah”la oyun üçün xatirə biletləri satışa çıxardı

Hazırda oxunan: “Beşiktaş” “Sabah”la oyun üçün xatirə biletləri satışa çıxardı

135560

“Beşiktaş” “Bırakmam Seni Türkiyem” yardım kampaniyası çərçivəsində “Sabah”la keçirəcəyi yoldaşlıq oyunu üçün xatirə bilətləri satışa çıxarıb. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, biletlərin qiyməti 100 TL (8,69 AZN) təşkil edir. Xatirə biletlərinin satışında məqsəd əldə olunacaq vəsaitin zəlzələ qurbanları üçün xərclənməsidir. 

“Sabah” - “Beşiktaş” qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO