Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

Hazırda oxunan: Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

135149

11-18 may tarixlərində Tunisin paytaxtı Tunis şəhərində ağır atletika üzrə 33-cü Afrika çempionatı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Qadınların yarışında ölkəmizi Nazilə İsmayılova (45 kq), kişilərin yarışında isə İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) təmsil edədəck. 

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir.

Tunisdə təşkil olunacaq yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib.
İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO