"Beşiktaş"ın Bakı səfərinin proqramı AÇIQLANDI 

Hazırda oxunan: "Beşiktaş"ın Bakı səfərinin proqramı AÇIQLANDI 

134985

"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı məlum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. 

Məlumata görə,İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq. "Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO