Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün "Neftçi" səfərdə "Turan Tovuz"un qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb. Meydan sahibləri paytaxt təmsilçisinə 4 cavabsız qolla qalib gəlib.
"Turan Tovuz"un heyətində Runi Eva het-trik edib.
Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinalında da bu komandalar üz-üzə gəlmişdi. İlk oyunda "Turan Tovuz" 1:0 hesablı qələbə qazansa da, cavab matçında "Neftçi" 2:0 qalib gələrək finala yüksəlib.
7 may (bazar)
15:00. “Turan Tovuz” – “Neftçi” - 4:0
Qollar: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov
“Kapital Bank Arena”.
Rəşad Rafiqoğlu, Bizim.Media