“Qarabağ” yenə “Neftçi”yə QALİB GƏLDİ - VİDEO 

“Qarabağ” yenə “Neftçi”yə QALİB GƏLDİ - VİDEO 

Hazırda oxunan: “Qarabağ” yenə “Neftçi”yə QALİB GƏLDİ - VİDEO 

134008

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.  

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.  

Turun son matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçirilib. Altı qolun vurulduğu oyunda qələbəni Ağdam təmsilçisi bayram edib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlibsə, “Zirə” “Turan Tovuz”a 1:3 hesabıyla məğlub olub. 

Misli Premyer Liqası 

32-ci tur 

2 may 

“Neftçi” – “Qarabağ” 2:4 

Qol: M.Saldanya, 40. E.Mahmudov, 64-pen – R.Şeydayev, 10. L.Andrade, 16. M.Saldanya, 54-öz qapısına. A.Zubir, 80. 

Qırmızı vərəqə: V.Stankoviç, 31. 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov. 

“Bakcell Arena”, 20:00. 
 

 

 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO