Ronaldo Səudiyyə Ərəbistanından Madridə qayıdacaq? - UYĞUNLAŞA BİLMİR

Ronaldo Səudiyyə Ərəbistanından Madridə qayıdacaq? - UYĞUNLAŞA BİLMİR

Hazırda oxunan: Ronaldo Səudiyyə Ərəbistanından Madridə qayıdacaq? - UYĞUNLAŞA BİLMİR

133749

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin dil problemi ulduz futbolçuya mane olur. Ronaldo Madridə qayıtmaq niyyətindədir.
Portuqaliyalı hücumçu “Əl-Nəsr”ə keçməzdən əvvəl “Atletiko Madrid”də çıxış etməyə yaxın olub. Lakin klubun tərəfdaşları müqavilənin imzalanmasına qarşı çıxıblar.

"Real Madrid"in prezidenti Florentino Peres Ronaldoya klubun səfiri olmağı və ya klub rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

Qeyd edək ki, futbolçu 2009-cu ildən 2018-ci ilədək Madridin “Real” klubunun şərəfini qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO