Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) Bizim.Media-ya verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:46 / 01.05.2023
Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazandı
Hazırda oxunan: Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazandı
Hazırda oxunan: Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazandı
133655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.