Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı - FOTO 

Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı - FOTO 

Hazırda oxunan: Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı - FOTO 

133521

Azərbaycan Basketbol Liqasının (ABL) 28-ci, sonuncu turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub.  

Bizim.Media xəbər verir ki, günün ilk oyununda  "Sabah" və "Olimpik Şəki" komandaları üz-üzə gəliblər.  

Bu oyunda "Sabah" basketbolçuları 105-80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-off 'da "AAAF Xırdalan" ilə qarşılaşacaqlar.  

Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Kalin Kreyn - 17 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Endryu Uitset - 29 xal, 8 ribaund ) Günün ikinci oyunu "NTD" və "Neftçi" basketbolçuları arasında keçirilib.  

Bu önəmli oyunda 101-89 hesablı qələbə qazanan "NTD", pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq "Gəncə" komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib.  

Ən məhsuldar basketbolçular: "NTD BK" ( Zek Hadson - 20 xal, 10 ribaund ), "Neftçi İK" (Mohsen Moradxani - 24 xal, 13 ribaund). 








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO