İrəvanda çempion olan Cansu Bektaşa bayrağımız təqdim edildi - FOTO 

İrəvanda çempion olan Cansu Bektaşa bayrağımız təqdim edildi - FOTO 

Hazırda oxunan: İrəvanda çempion olan Cansu Bektaşa bayrağımız təqdim edildi - FOTO 

132720

Giresundakı icmamız İrəvanda Avropa çempionu olan Cansu Bektaşa Azərbaycan bayrağını təqdim edib 

Bizim.Media xəbər verir ki, Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən Giresun Azərbaycanlılar Dərnəyində İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşla görüş keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda medal qazanan Türkiyə idmançıları Azərbaycana DƏVƏT OLUNUR


Giresunlu atleti salamlayan dərnək sədri Elgün Məmmədov parlaq qələbəsi münasibətilə Cansu Bektaşı təbrik edib.

Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdiyi üçün ona minnətdarlığını bildirib, bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayıb. Eyni zamanda Ermənistanın qeyri-etik və mədəniyyətdən uzaq davranışının ilk dəfə baş vermədiyinə diqqəti cəlb edib.

Bu cür halların bir daha təkralanmaması naminə belə mötəbər yarışmaların Ermənistanda deyil, başqa ölkələrdə təşkil edilməsinin vacibliyini vurğulayıb. 

Cansu Bektaş bildirib ki, İrəvanda qarşılaşdığı irqçi davranışlara rəğmən, qalib gəldiyi və qalibiyyətini qardaş Azərbaycana həsr etdiyi üçün qürur duyur. Dərnək adından Cansu Bektaşa Azərbaycan bayrağı və təşəkkür plaketi təqdim olunub. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO