Nazim Süleymanov Rusiyanın ən yaxşıları SİYAHISINDA 

Nazim Süleymanov Rusiyanın ən yaxşıları SİYAHISINDA 

Hazırda oxunan: Nazim Süleymanov Rusiyanın ən yaxşıları SİYAHISINDA 

132664

Rusiyanın yüksək liqasında ən çox qol vuran legionerlərin yeni siyahısı açıqlanıb.  

Bizim.Media xəbər verir ki, siyahı “Sport-ekpress” qəzetində dərc olunub.  

İlk onluqda Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov da yer alıb. O, “Spartak”/”Alaniya” (Vladiqafqaz) və “Jemçujina” klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub. Bu nəticə ilə o, hazırda 10-cu pilləni tutur. 
1. Vaqner Lav (Braziliya) – 169 oyun, 85 qol 

2. Kvinsi Promes (Niderland) – 169 oyun, 85 qol 

3. Sərdar Azmun (İran) – 208 oyun, 85 qol 

4. Kristian Noboa (Ekvador) – 350 oyun, 76 qol 

5. Danni (Portuqaliya) – 270 oyun, 68 qol 

6. Seydu Dumbya (Fil Dişi Sahili) – 108 oyun, 66 qol 

7. Velliton (Braziliya) – 104 oyun, 57 qol 

8. Halk (Braziliya) – 97 oyun, 55 qol 

9. Sergey Kornilenko (Belarus) – 177 oyun, 54 qol 

10. Kevin Kuranyi (Almaniya) – 123 oyun, 50 qol 

10. Nazim Süleymanov (Azərbaycan) – 150 oyun, 50 qol. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO