Azərbaycanlı idmançı Kaliforniyada qızıl medal qazandı - FOTO

Azərbaycanlı idmançı Kaliforniyada qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı idmançı Kaliforniyada qızıl medal qazandı - FOTO

132343

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. 

O, 10-12 yaşlı oğlanlar arasında 38 kiloqramdan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO