AFFA

AFFA "Neftçi"nin prezidentini cəzalandırıb

Hazırda oxunan: AFFA "Neftçi"nin prezidentini cəzalandırıb

131861

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, yığıncaq qurumun inzibati binasında baş tutub. 

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi: 

14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Səbail” oyununun II hissəsində “Səbail” klubu meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilir (maddə 52.4); 

14.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39); 

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39); 

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1); 

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1); 

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun qapıçısı Kamal Bayramov rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1); 

15.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilir (maddə 61.5); 

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilir (maddə 62.2); 

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1); 

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1); 
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2); 

16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına görə meydan sahibi kluba dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 49.4); 

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Zaqatala” – “Kəpəz-2” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39); 

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz-2” oyununda topdaşıyanlar topla artıq rəftar etdiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 64.2); 

17.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Mingəçevir” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39); 

18.04.2023-cü il tarixində I Divizionun XXV turunun “Səbail-2” – “Zirə-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39); 

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39); 

19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Turan Tovuz” – “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi” klubunun prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə edilir (maddə 41.4, maddə 32). Sınaq müddəti 6 ay təyin edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO