Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb
Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur.
Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:40 / 19.04.2023
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu OLDU
Hazırda oxunan: Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu OLDU
Hazırda oxunan: Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu OLDU
131770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.