Tərtərdə hərbçilər idman yarışlarında İŞTİRAK EDİRLƏR - FOTO 

Tərtərdə hərbçilər idman yarışlarında İŞTİRAK EDİRLƏR - FOTO 

Hazırda oxunan: Tərtərdə hərbçilər idman yarışlarında İŞTİRAK EDİRLƏR - FOTO 

131524

Tərtərdə hərbçilər arasında idman yarışlarına start verilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müdafiə nazirliyi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə start götürən yarış iştirakçıları futbol, valeybol, şahmat və tenis idman növləri üzrə güclərini sınayır.  

Heydər Əliyevi ili çərçivəsində təşkil olunan silsilə tədbirlər planına daxil olaraq həmçinin viktorina, rəsm müsabiqəsi və əl işləri sərgisi də təşkil olunacağı planlaşdırılır. 

Tərtər Olimpiya idman kompleksində təşkil olunan tədbirdə müdafiə nazirliyinin zabitləri, həmçinin rayon rəsmiləri ümummilli lider Heydər Əliyevin həyat yolundan geniş söhbət açıb, onun ordu quruculuğu siyasətinin ölkəyə verdiyi töhfələrdən danışıblar.  
Ərazidə yerləşən N saylı hərbi hissələrin şəxsi heyəti ilə məktəblilər arasında baş tutan yarışlar izləyənlərin marağına səbəb olub.  

Xatırladaq ki, sağlam idman mübarizəsi çərçivəsində keçirilən yarışlar 28 aprel tarixində 3 km. məsafəyə marafon qaçışı ilə sonlandırılacaq.  












Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO