Dani Alveş yalan ifadələr verdiyini ETİRAF ETDİ 

Dani Alveş yalan ifadələr verdiyini ETİRAF ETDİ 

Hazırda oxunan: Dani Alveş yalan ifadələr verdiyini ETİRAF ETDİ 

131330

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu, gecə klubunda bir qıza təcavüz etməkdə günahlandırılan Dani Alveş yalan ifadələr verdiyini etiraf edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.  

Yanvarın 20-də həbs olunan 39 yaşlı keçmiş müdafiəçi bildirib ki, ilk verdiyi ifadələrdə yalan danışıb. O, öz istəyi ilə yenidən məhkəmə qarşısına çıxıb. 3 aydır həbsxanada olan və 1 dəfə zaminə buraxılmaq tələbi rədd edilən Alveş həyat yoldaşı Jozanna Sanza qarşı səadqətsizliyini gizlətmək və onu qorumaq üçün yalan danışdığını qeyd edib. Dani ondan boşanmaq istəyən Jozannanı hələ də sevdiyini vurğulayıb. 
Həmçinin Alveş ilk dəfə etiraf edib ki, təcavüz etdiyi iddia olunan 23 yaşlı qadınla cinsi əlaqəyə girib. Lakin o, bunun təcavüz olmadığını, qarşı tərəfin razılığı ilə baş verdiyini bildirib.  

Dani daha əvvəl verdiyi 3 ifadədə həmin qadınla cinsi əlaqədə olmadığını demişdi.  

Qeyd olunur ki, növbəti dəfə məhkəmədən zaminə buraxılmasını tələb edən Alveşlə bağlı qərar hələlik verilməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO